[b]“Qəbələ”nin rəqibi Bakıya məğlubiyyətlə gəlir[/b]
13.08.2016 - 22:58
[b]“Qəbələ”nin rəqibi Bakıya məğlubiyyətlə gəlir[/b]

Sloveniya çempionatında 5-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan “Maribor” səfərdə “Qoritsa”yla qarşılaşıb.

 

Oyun meydan sahiblərinin qələbəsiylə nəticələnib. Matçın 42-ci dəqiqəsində “Maribor”un müdafiəçisi Suler topu öz qapısından keçirib. Bajde 56-cı dəqiqədə status-kvonu bərpa etsə də, “Maribor” bu hesabı oyunun sonunadək qoruyub saxlaya bilməyib. Burqiçin 67-ci dəqiqədə vurduğu qol matçda sonuncu olub.

 

Qeyd edək ki, hazırda hesabında 8 xal olan “Maribor” 4-cü pillədə qərarlaşıb.