“Qəbələ”nin Avropa Liqasındakı rəqiblərindən olan “Anderlext”də ciddi itki baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bənövşəyi-ağlar” yarımmüdafiəçi Aleksandru Çipçiunun xidmətindən məhrum qalıblar.
27 yaşlı hücumameyilli futbolçu DÇ-2018-in seçmə mərhələsində Rumıniyanın heyətində Qazaxıstanla qarşılaşmada zədələnib. 0:0 hesabı ilə nəticələnən görüşdə fasilədən sonra əvəzlənən Çipçiu klubuna döndükdən sonra tibbi müayinədən keçib. Məlum olub ki, Belçika təmsilçisinin yayda heyətinə qatdığı oyunçunun zədəsi ciddidi və o, 1 ay komandadan kənar qalacaq.
Çipçiu daxili çempionatda bir neçə oyunla yanaşı, Avropa Liqasında “Maynts”la hər iki qarşılaşmanı buraxacaq. Ancaq onun “Qəbələ” ilə görüşə yetişməsi gözlənilir. Çünki “Qəbələ” – “Anderlext” matçı 40 gündən sonra, yəni noyabrın 24-də baş tutacaq.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!