[b]“Qəbələ”nin rəqibində ayrılıq[/b]
13.07.2017 - 10:11
[b]“Qəbələ”nin rəqibində ayrılıq[/b]

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Yagelloniya” bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Polşa təmsilçisi qapıçı Hubert Qostomskiyə ehtiyac duymayıb.

 

Rəhbərlik gənc qolkiperi təcrübə toplaması üçün icarəyə vermək qərarına gəlib. 19 yaşlı oyunçu yeni mövsümü Polşanın II liqasında mübarizə aparan “Radomyak Radom” klubunun heyətində keçirəcək. Qostomski orda özünü doğrulda bilsə, “Yagelloniya” onu geri qaytaracaq. Çünki “Qəbələ”nin rəqibi Qostomskini gələcəkdə əsas qapıçı gözündə görür.

 

Qeyd edək ki, “Yagelloniya” Hubert Qostomskini iki il əvvəl heyətə cəlb edib.