Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatinaikos” problemlə üzləşib. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Afina klubu maddi sıxıntıdan əziyyət çəkir.
Rəhbərlik məşqçilər və futbolçuların maaşlarını verməkdə çətinlik çəkir. Təsadüfi deyil ki, “Panatinaikos”un üzvləri son 5 ayın məvacibini hələ almayıblar. Çətin vəziyyətlə üzləşən Ellada təmsilçisi problemin həlli yolunu axtarır. Klubun maddi vəziyyəti o dərəcədə ağırdı ki, rəhbərlik az məbləğdə maaş alan işçilərə də borcludu. “Panatinaikos” rəsmiləri daxili ab-havanın daha da pisləşməməsi üçün borcların bir qismini ödəməyə çalışır. Lakin bunu etmək hələ mümkün olmayıb.
Qeyd edək ki, “Panatinaikos” və “Qəbələ” arasında Afinada keçirilmiş ilk oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıblar. Bu komandaların cavab qarşılaşması isə avqustun 3-də, Bakıda baş tutacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı