Sabah Topaz Premyer Liqasında XI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Paytaxt derbisi ilə start götürəcək turun ilk qarşılaşmasında “İnter” “Zirə”ni qəbul edəcək. Turnir cədvəlinin ilk yarısında qərarlaşan “qonşular” mövqeyini yaxşılaşdırmaq üçün mübarizə aparacaq. Zaur Svanadzenin yetirmələri ən azı bir neçə saatlıq da olsa, 2-ci yerə yüksəlmək üçün debütantdan 3 xal almalıdı. Adil Şükürovun komandası isə qələbə sayəsində ilk “üçlüy”ə daxil olacaq.
Sabah üz-üzə gələcək iki əyalət klubu – “Qəbələ” və “Kəpəz” də turnir cədvəlinin ilk yarısında qərarlaşıb. I dövrədəki kimi yenə rəqibini qəbul edəcək “qırmızı-qaralar” liderliyi qaytarmaq imkanı qazanıb. Roman Qriqorçukun yetirmələri ardıcıl iki qolsuz heç-heçədən sonra 3 xal iddiasındadı. Bu matç Avropa Liqasının “Borussiya” ilə Dortmunddakı çətin oyunu öncəsi “Qəbələ” üçün son sınaqdı. Qərblilər isə “Zirə”nin büdrəmək ehtimalından yararlana bilərlər.
Çempionatın lideri “Qarabağ” isə AZAL-ı sınağa çəkəcək. Son turlarda durumunu xeyli yaxşılaşdıran Tərlan Əhmədovun yetirmələri çempiona da başağrı olmağa çalışacaq. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Monako” ilə oyununa yüksək əhval-ruhiyyədə çıxmaq üçün qalib gəlməli, eyni zamanda fransalılarla matç üçün qüvvəsinə də qənaət etməlidi.
Bir günlük fasilədən sonra davam etdiriləcək turun iki oyunu isə noyabrın 2-də baş tutacaq. Bu matçlarda ikinci “beşlik”də yer alanlar üz-üzə gələcək. Sumqayıtda eyniadlı komanda “Neftçi”ni qəbul edəcək. Turnir cədvəlinin qonşuları görüşə fərqli seriyalarla çıxacaq. Ardıcıl 2 dəfə qalib gələrək qələbəsiz oyunlar seriyasına son qoyan Samir Abasovun yetirmələri xal hesabını artırmaq üçün ölkənin ən titullu klubunu da məğlub etməlidi. “Neftçi” isə 6 matçlıq qələbə seriyasına son qoymalıdı. Xal itkisi paytaxt təmsilçisinin daha da geriləməsi ilə nəticələnə bilər.
Turun son qarşılaşmasında “Rəvan” “Xəzər Lənkəran”ı qəbul edəcək. Cari mövsümdə qələbə nə olduğunu bilməyən Bəhmən Həsənovun yetirmələri ilkə imza atmaq əzmindədi. Cənublular isə ardıcıl 7 məğlubiyyət alan rəqibini itkisiz keçməlidi. Yunis Hüseynovun yetirmələri I dövrədə məğlub edə bilmədiyi autsayderi məğlub edib, bir pillə irəliləyəcək.
Topaz Premyer Liqası
XI tur
31 oktyabr (şənbə)
16:00. “İnter” – “Zirə”
I dövrənin oyunu: 0:0
“İnter Arena”
18:00. “Qəbələ” – “Kəpəz”
I dövrənin oyunu: 1:0
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – AZAL
I dövrənin oyunu: 2:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
02 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” – “Neftçi”
I dövrənin oyunu: 1:2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
21:00. “Rəvan” – “Xəzər Lənkəran”
I dövrənin oyunu: 1:1
“Bayıl Arena”
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
10 |
7 |
2 |
1 |
18-8 |
23 |
|
2 |
Qəbələ |
10 |
6 |
3 |
1 |
17-4 |
21 |
|
3 |
İnter |
10 |
5 |
3 |
2 |
9-7 |
18 |
|
4 |
Zirə |
10 |
4 |
5 |
1 |
10-8 |
17 |
|
5 |
Kəpəz |
10 |
4 |
3 |
3 |
12-9 |
15 |
|
6 |
Sumqayıt |
10 |
2 |
5 |
3 |
8-10 |
11 |
|
7 |
Neftçi |
10 |
2 |
4 |
4 |
9-11 |
10 |
|
8 |
Xəzər L |
10 |
2 |
3 |
5 |
9-15 |
9 |
|
9 |
AZAL |
10 |
2 |
2 |
6 |
5-12 |
8 |
|
10 |
Rəvan |
10 |
0 |
2 |
8 |
4-17 |
2 |