[b]“Qəbələ”nin yeni transferi “33”ü götürdü - FOTO[/b]
10.01.2018 - 17:03
“Qəbələ”nin yeni transferi Təmkin Xəlilzadə nömrə seçimini edib. Apasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü bunu instaqram səhifəsi vasitəsilə bildirib.
Qış fasiləsində “Zirə”dən transfer edilən 25 yaşlı müdafiəçi bu gün Antalyada keçiriləcək ilk yoxlama görüşü öncəsi yeni komandasında 33 nömrəli formada çıxış edəcəyini vurğulayıb.
Qeyd edək ki, “Qəbələ” bu gün “Akhisar”la üz-üzə gələcək.
0
0