[b]“Qəbələ”nin zədələlilərindən xəbər var[/b]
23.01.2017 - 00:48
[b]“Qəbələ”nin zədələlilərindən xəbər var[/b]

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 12-ci gününü yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzərə məşğələ ilə kifayətlənib.

 

Günün ikinci yarısında isə “qırmızı-qaralar” toplu çalışmalarla məşq edib.

 

Zədədən sonra bir müddət bərpa prosesi keçən Murad Musayev komanda ilə birlikdə çalışıb.

 

Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib.