UEFA Gənclər Liqasının Çempionlar yolunda oynamaq hüququ qazanan “Qəbələ” turnirin 7-ci komandası olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionuna qədər 6 klubun U-19 komandası Çempionlar yoluna vəsiqə qazanmışdı.
Bu iştirakçılar həm də Famil Xəlilovun yetirmələrinin ilk mərhələdəki potensial rəqibləridi. Rusiyada “Anji”, İsveçdə “Elfsborq”, Qazaxıstanda “Astana”, Kiprdə AEL, Norveçdə “Molde”, Bolqarıstanda “Septemvri” turnirdə oynamaq hüququna yiyələnib.
Çempionlar yolunun digər 26 iştirakçısı isə yaxın zamanda müəyyənləşəcək. Bu komandalar iki mərhələdə qüvvələrini sınayacaq və pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.