[b]“Qəbələ”yə iki zədəli futbolçusundan şad xəbər[/b]
26.04.2016 - 00:02
[b]“Qəbələ”yə iki zədəli futbolçusundan şad xəbər[/b]

“Qəbələ” Azərbaycan kubokunun  yarımfinal oyununun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır.

 

Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda dünən növbəti məşqini gerçəkləşdirib. Roman Qriqorçukun yetirmələri günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb.

 

Bugünkü hazırlıq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək.

 

“Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç dünəndən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.

 

Xatırladaq ki, aprelin 27-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu 8-ci km qəsəbə stadionunda keçiriləcək.

 

(klub saytı)

0