[b]“Qolları sıralamaqla məqsədim...” – Teo Uiks[/b]
08.07.2016 - 00:17
[b]“Qolları sıralamaqla məqsədim...” – Teo Uiks[/b]

“Yaxşı oyun keçirmədik, amma önəmli olan yekun nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Teo Uiks deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Samtredia”nın qonağı olan “Qəbələ” rəqibinə 1:2 hesabı ilə uduzub.

 

Təmsilçimizin yeganə qoluna imza atan liberiyalı futbolçu ilk matçda (5:1) het-triklə yadda qalmışdı. “Qəbələ”nin heyətində keçirdiyi 2 oyunda 4 qol vuran Uiks sözlərinə belə davam edib:  “Qolları sıralamaqla məqsədim “Qızıl buts” almaqdırmı? Xeyr. Mən yarımmüdafiəçiyəm. “Qəbələ”də hər hansı bir uğur əldə etmək pis olmazdı. Hər oyun eyni cür olmur. Bu gün belə alındı. Yeni komandamda özümü xoşbəxt hiss edirəm. Burada məni çox yaxşı qarşıladılar. 2 oyuna 4 qol vurmağım yaxşıdı. Çalışacam davamlı olsun”.

0