Avropa Liqasında mübarizə aparacaq daha iki komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Sloveniyanın “Qrbalj” və Monteneqronun “Rudar” komandaları Azərbaycan klubları kimi I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
“İqalo”nu 2 cavabsız qolla məğlub edən “Mladost”un ölkə kubokunu qazanması “Qrbalj”ın Avropa Liqasına yol açıb. Çempionatı 4-cü pillədə başa vuran komanda səpələnməmişlər səbətində yer alıb. “Qrbalj” Azərbaycan təmsilçiləri “Qəbələ”, “Neftçi” və “Keşlə”nin mümkün rəqibidi.
Sloveniyada isə ölkə kubokunu “Olimpiya” qazanıb. “Alumni”yə 6:1 hesabı ilə qalib gələn Lyublyana klubu çempionatın 4-cüsü “Rudar”a Avropa Liqasına yol açıb. Sonuncuların hələlik hansı səbətdə yer alacağı bilinmir.