“Bavariya”nın keçmiş həkimi Hans-Vilhelm Müller-Volfart komandanın keçmiş baş məşqçisi Xosep Qvardiolanı sərt tənqid edib. Apasport.az saytının məlumatına görə, 38 il Mühnen klubunda çalışan, lakin Qvardiola tərəfindən qovulan həkim kitabında ispaniyalı mütəxəssis haqqında tənqidi danışıb.
O, Qvardiolada özünəinamın çox zəif olduğunu, onu səhv işlədiyinə görə yox, klubdakı nüfuzundan qorxduğuna görə qovduğunu bildirib: “Qvardiolanın özünəinamı çox zəifdi. Etdiklərini həmişə başqalarından gizlətməyə çalışır.
Hər şeyin ən yaxşısını, ən düzgününü özünün bildiyini zənn edir. Futbolçuların zədələnməsinə məhəl qoymurdu. Məni qovmasının da səbəbi futbolçuların zədələnməsi deyildi. O, mənim fikirlərimin tam əleyhinə idi. Məni ciddi qəbul etmədi və əmrlər verməyə başladı. Ancaq mən onun üçün çox böyük idim, klubda uzun illər çalışmışdım və nüfuzum var idi. Məni əngəl olaraq görürdü, buna görə qovdu”.
Qeyd edək ki, sözügedən həkim Qvardiola klubdan ayrıldıqdan sonra 2015-ci ildə yenidən “Bavariya”ya qayıdıb.