[b]“Real” “Siti”nin ulduzlarına görə kassanı açdı[/b]
26.04.2018 - 15:52
Yayda heyətini gücləndirməkdə qərarlı olan “Real” futbolçu axtarışlarını gücləndirib. Apasport.az saytının “Manchester Evening News”a istinadən məlumatına görə, Madrid klubunun əsas diqqəti “Mançester Siti”dədi.
Belə ki, “Real” Kevin De Bröyne və Leroy Sane üçün müvafiq olaraq, 200 milyon və 80 milyon avro ödəməyə hazırdı. “Siti”nin liderləriylə vidalaşmaq istəmədiyi və transferlərin baş tutma ehtimalının bu səbəbdən aşağı olduğu bildirilir.
Cari mövsümdə Premyer Liqada De Bröyne 8 qolla fərqlənibsə, Sane 9 dəfə rəqib qapıçıları məyus edib.
0
0