Madrid “Real”ı aparıcı futbolçulardan olan Qaret Beyli satmağa hazırlaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu”nun rəhbərliyi uelsli yarımmüdafiəçiyə gələn təklifləri dəyərləndirməyə hazırdı.
Madridlilər Beyli satmaqla yaxşı gəlir əldə edə biləcəklərini düşünürlər. Həmin məbləği isə klub rəhbərliyi yeni transferlərə xərcləmək fikrindədi.
Beyllə maraqlanan klubların siyahısında birinci yerdə “Mançester Yunayted” qərarlaşıb. Komandanın baş məşqçisi Lui van Qal rəhbərlikdən bu futbolçunun alınmasını tələb edib.
Qeyd edək ki, “Sauthempton”un yetirməsi olan Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib.