[b]“Real” İtaliya klubu ilə qarşılaşacaq[/b]
31.07.2017 - 18:33
Madrid “Real”ı və “Fiorentina” klubları arasında oyun keçiriləcək. Apasport.az saytı xəbər verir ki, görüş avqustun 23-də baş tutacaq.
Belə ki, ispanlar Florensiya təmsilçisinə ənənəvi olaraq keçirilən Santyaqo Bernabeu Kubokunda iştirak etməyi təklif ediblər. Qarşı tərəf isə bu təklifi müsbət cavablandırıb.
Qeyd edək ki, “Real” və “Fiorentina” arasındakı qarşılaşma “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.
0
0