[b]“Real” mövqeyini möhkəmlətdi, “Qarabağ” gerilədi[/b]
28.05.2018 - 15:45
[b]“Real” mövqeyini möhkəmlətdi, “Qarabağ” gerilədi[/b]

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

 

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 525-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 1 pillə geriləyib.

 

368 xala malik “Keşlə” 716-cı yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 3 rəqibini qabaqlayıb. “Qəbələ” 255 xalla 752-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 777-cisidi. Bu komandaların hər ikisi 4 pillə qabağa gediblər.

 

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”də dəyişiklik olmayıb. Çempionlar Liqasını qazanan İspaniya “Real”ı birinci pillədəki yerini möhkəmlədib. Onlar 17072 xala malikdi. “Barselona” (İspaniya) 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14970 xalla üçüncüdü.