[b]“Real”dan 90 milyonluq təklif[/b]
27.11.2017 - 14:19
[b]“Real”dan 90 milyonluq təklif[/b]

“Mançester Yunayted”in futbolçusu Antonio Marsial karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu yenidən “Real”ın maraq dairəsinə düşüb.

 

Madrid klubu 21 yaşlı forvardı mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. “Qalaktikos” bu transfer üçün 90 milyon avro xərcləməyə hazırdı.

 

Bu keçidin baş tutmasını “Real”ın baş məşqçisi Zinəddin Zidan istəyir. O, Marsialın gəlişi ilə komandanın oyununun sürətini artırmaq niyyətindədi.

 

Qeyd edək ki, “Mançester Yunayted”lə 2019-cu ilin yayına qədər müqaviləsi olan Marsial cari mövsümdə ümumilikdə 19 oyunda iştirak edib və aktivinə 7 qol, 6 assist yazdırıb.

0