Madrid “Real”ı 6 futboluya yeni müqavilə təklif etməyə hazırlaşır. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” Marselo, Daniel Karvahal, Rafael Varan, İsko, Marko Asensio və Kərim Benzema ilə əməkdaşlığı davam etdirmək niyyətindədi.
Ən uzunmüddətli sözləşmənin Asensioya təklif ediləcəyi bildirilir. Belə ki, “qalaktikos” istedadlı futbolçu ilə 2023-cü ilə qədər nəzərdə tutulan saziş imzalamaq niyyətindədi. Benzema ilə 2021, digərləri ilə 2022-ci ilə qədər razılığa gəlinəcək.
“Real” rəhbərliyi, həmçinin baş məşqçi Zinəddin Zidanın da klubda qalmasının tərəfdarıdı. Madridlilər fransalı çalışdırıcıya 2020-ci ilə qədər postunda qalmağı təklif edəcəklər.