Beynəlxalq İdman Amerika Mətbuat Assosiasiyaları Amerikada 2014-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, bu, Kolumbiya yığması və “Real”ın yarımmüdafiəçisi Xames Rodriqesdi.
“Kral klubu”nun oyunçusu jurnalistlərin səsverməsi nəticəsinə görə birinci olub. DÇ-2014-ün “Qızıl buts”unu qazanan 23 yaşlı futbolçu mükafatını gələn ilin mart ayında Braziliyada təşkil ediləcək mərasimdə alacaq.
İlin ən yaxşı komandası adını isə Lionel Messinin kapitanı olduğu Argentina millisi qazanıb.
Qeyd edək ki, Xames Rodriqes “Real”ın heyətində Avropa Superkubokunu və klublar arası dünya kubokuna sahib olub. Argentina isə son mundialın finalında Almaniya yığmasına 0:1 hesabı ilə uduzaraq, gümüş medala yiyələnib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”