Kərim Benzemanın başı dərddən qurtulmur. Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu avtomobil qəzasına düşüb.
Futbolçunun idarə etdiyi “Audi RS6” markalı avtomobil “Nissan Note” ilə toqquşub. Qəza zamanı heç kim xəsarət almayıb. Ancaq hər iki avtomobilə ciddi ziyan dəyib.
Hər iki sürücünün sükan arxasında sərxoş olub-olmadıqlarını müəyyənləşdirmək üçün onlar yoxlamadan keçiblər. Nəticədə onların sərxoş olmadğı müəyyən edilib.
Benzema bir müddət əvvəl də qəzaya düşmüşdü. O, sürət həddini aşdığına və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün cərimə də olunmuşdu.
Qeyd edək ki, Benzema uzun müddətdi ki, diz bağlarının zədəsi səbəbindən meydanlara da həsrət qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”