[b]“Real”ın prezidenti: Zidan yaxşı bilir ki...[/b]
31.05.2018 - 16:20
[b]“Real”ın prezidenti: Zidan yaxşı bilir ki...[/b]

“Real”ın prezidenti Florentino Peres Zinəddin Zidanla birlikdə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Peres Zidanın qərarı səbəbindən kədərli olduğunu deyib.

 

“Çempionlar Liqasındakı zəfərdən sonra bu qərar gözlənilməz oldu. Həm mən, həm oyunçular, həm də azarkeşlər üçün kədərli gündü. Zidan yaxşı bilir ki, mən onu istər futbolçu, istərsə də məşqçi kimi komandamda görmək istəmişəm. Onun sonuna qədər burda qalmasının tərəfdarı idim. Əlimdən gəlsə, onu buna inandırardım. Ancaq başa düşürəm ki, bu, onun yekun qərarıdı. Sadəcə, ona xatırlatmaq istərdim ki, bu klub onun həm evidi, həm ailəsi” – deyə, Peres bildirib.

 

71 yaşlı iş adamı son olaraq Zidanın kluba yenidən qayıdacağına inandığını sözlərinə əlavə edib: “Real” üçün etdiyi hər şeyə görə ona təşəkkürümü bildirirəm. O, hərəkətləri ilə həmişə örnək alınası insanlardan olub. Zidanla həmişəlik sağollaşmaq niyyətində deyiləm, buna görə də “hələlik” deyirəm. Əminəm ki, bir gün yenidən kluba qayıdacaq”.