Topaz Premyer Liqasının ilk yarısını son pillədə başa vuran “Rəvan”da vəziyyət kritikdi. Apasport.az futbolinfo.az-a istinadən xəbər verir ki, maliyyə məngənəsində boğulan paytaxt təmsilçisi tarixin yaddaşına köçə bilər.
Əldə etdiyimiz məlumata görə, futbolçular bu həftə içində maaşlarını ala bilməsə, komanda dağılacaq. Oyunçular 3 aydı pul üzünə həsrətdi.
Təbii ki, bunun baş verməməyi üçün AFFA vəd etdiyi pulu klubun hesabına köçürməlidi. Belə ki, mövsümün əvvəlində "Rəvan"ın sahibi Nuru Əliyev assosiasiya ilə xərclərin yarıbayarı çəkilməsi haqqında şifahi razılıq əldə edibmiş. İndiyədək AFFA vədinə əməl etmədiyindən bütün xərcləri klub çəkib. Nuru Əliyev pulunu daha ölkə futboluna sərf etmək istəmir.
Qeyd edək ki, “sarı-qırmızılar” mövsümün ilk yarısını 12 xalla 10-cu pillədə başa vurub.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı