“Rəvan” son legioneri ilə də yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun baş məşqçisi Bəhmən Həsənov məlumat verib.
O bildirib ki, ukraynalı qolkiper Kostyantin Maxnovski ilə artıq sağollaşıblar: “Maxnovskinin bileti də hazırdı. Sabah öz ölkəsinə yollanacaq. Mövsümün ikinci yarısını yerli futbolçularla keçirəcəyik”.
Həsənov komandanın çərçivəsini isə “Xəzər Lənkəran”dan yeni ayrılan Orxan Sadıqlıya tapşıracaqlarını söyləyib: “Orxanla danışıb razılaşmışıq. Yəqin ki, bir problem çıxmaz. Premyer Liqa təcrübəsi olan gənc qapıçıdı. Səhhətimdə problem olduğu üçün bu gün işə çıxmamışam. İşə çıxan kimi bu məsələ ilə maraqlanacam”.
Qeyd edək ki, Kostyantin Maxnovski ilə birlikdə ilk yarıda “Rəvan”ın formasını geyinmiş digər əcnəbi futbolçu Şeriff Suma da komandadan ayrılıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu