[b]FİFA-dan daha bir Azərbaycan klubuna ağır cəza[/b]
14.09.2016 - 12:30
[b]FİFA-dan daha bir Azərbaycan klubuna ağır cəza[/b]

FİFA daha bir Azərbaycan klubuna sanksiya tətbiq edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Rəvan” klubunun xalları silinib.

 

Bununla bağlı qərarı FİFA-nın Nizam-İntizam Komitəsi verib. Ali futbol qurumunun 22.08.2016-cı il tarixində AFFA-ya göndərdiyi məktubda yazılıb ki, “Rəvan”la sabiq futbolçusu Miloş Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klub riayət etməyib. Bu səbəbdən I divizion iştirakçısının cari mövsüm aktivindən 3 xal silinməsi qərara alınıb.

 

Qeyd edək ki, I divizionda 2016-17 mövsümünün cəmi 1 turu geridə qalıb. İlk turda məğlubiyyətə düçar olan “Rəvan” mübarizəni -3 xalla davam etdirəcək.