[b]“Reynaldonun Azərbaycan millisinə xeyri dəyər”[/b]
08.09.2014 - 12:21
[b]“Reynaldonun Azərbaycan millisinə xeyri dəyər”[/b]

“Reynaldonun Azərbaycan millisinə xeyri dəyər”. Apasport.az saytının məlumatına görə, bun sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.

 

Türkiyənin “Qaziantep BB” klubunda çıxış edən hücumçu “Qarabağ”ın braziliyalı legioneri Reynaldonun milliləşməsi ilə bağlı danışıqların başlamasına münasibət bildirib: “Braziliyalını milliləşməyə uyğun görsələr, pis olmaz. Mən onun milliyə gəlməməsi üçün bir söz deməmişəm. Sözlərimi təhrif etməyin”.