[b]“Reyncers” “Qəbələ”nin futbolçusu ilə bağlı qərarını verdi[/b]
25.12.2017 - 10:06
[b]“Reyncers” “Qəbələ”nin futbolçusu ilə bağlı qərarını verdi[/b]

“Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey müqavilə ilə məxsus olduğu “Reyncers”ə qışda qayıtmayacaq. Apasport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, heyətdə zədəliləri nəzərə alan Qlazqo təmsilçisi Hallideyi qaytarmaq fikrinə düşmüşdü. Lakin baş məşqçi Qrim Merti 26 yaşlı orta sahə oyunçusuna ehtiyac duymayıb.

 

43 yaşlı mütəxəssis yarımmüdafiə xəttində Rayan Cek və Qrehem Dorransa güvənməyi üstün tutub. Üstəlik, Hallideyin “Qəbələ” ilə müqavilə müddətinin mövsümün sonuna qədər olması da qərara öz təsirini göstərib.

 

Qeyd edək ki, Endi Hallidey 2015-ci ildən “Reyncers”ə məxsusdu.