[b]Klyuvert savaşı: “Roma” “Milan” və “Yuventus”dan öndə[/b]
09.05.2018 - 00:33
[b]Klyuvert savaşı: “Roma” “Milan” və “Yuventus”dan öndə[/b]

“Ayaksın” hücumçusu Castin Klyuvertin müştəriləri durmadan artır. Apasport.az saytının məlumatına görə, hollandiyalı hücumçu uğrunda əsas mübarizə A seriyası klubları arasında gedir.

 

Belə ki, İtaliya nəhəngləri “Roma”, “Milan” və “Yuventus” kiçik Klyuverti heyətinə qatmaq üçün fəaliyyətə keçib. İtaliya mətbuatı iddia edir ki, ötən zamanların məşhur hücumçusu Patrik Klyuvertin oğlu uğrunda yarışda hələlik “Roma” daha öndədi.

 

Hücumçunun hazırkı klubu “Ayaks”la müqaviləsi isə 2019-cu ilə kimi nəzərdə tutulub. Amsterdam klubu da onunla yeni müqavilə imzalamaq istəyir. Bunun üçün menecer Mino Rayola ilə danışıqlara da başlayıblar.

 

Qeyd edək ki, bu mövsüm Eredviziyada 30 oyunda meydana çıxan Castin 10 qol vurub, 5 dəfə də komanda yoldaşlarına məhsuldar ötürmə edib.