[b]“Roma” “tamam”, “Yuventus” “davam” dedi[/b]
21.12.2017 - 10:12
[b]“Roma” “tamam”, “Yuventus” “davam” dedi[/b]

İtaliya kubokunda da bütün ¼ finalçıların adı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 1/8 final mərhələsinin sonuncu oyun günündə 3 matç baş tutub.

 

Çempionlar Liqasının qrupunda “Qarabağ”ın rəqibi olmuş “Roma” “Torino” ilə bacarmayıb. “Cenoa” ilə üz-üzə gələn “Yuventus” argentinalı futbolçuları Paulo Dibala və Qonsalo İquainin qolları sayəsində adını növbəti mərhələyə yazdırıb. “Atalanta” isə “Sassuolo”dan güclü olub.

 

¼ finalda “Latsio” - “Fiorentina” (26 dekabr), “Milan” – “İnter” (27 dekabr), “Napoli” – “Atalanta” (2 yanvar) və “Yuventus” – “Torino” (3 yanvar) matçları keçiriləcək.

 

 

İtaliya kuboku

¼ final

20 dekabr

 

“Atalanta” – “Sassuolo” – 2:1

Qollar: Kornelius 16; Toloi, 33 – Toloi, 74 (avtoqol)

 

“Roma” – “Torino” – 1:2

Qollar: Şik, 85 – De Silvestri, 39; Edera, 73

 

“Yuventus” – “Cenoa” – 2:0

Qollar: Dibala, 42; İquain, 76