[b]“Roma”da yeni müdafiəçi[/b]
31.05.2018 - 19:27
[b]“Roma”da yeni müdafiəçi[/b]

İtaliyanın “Roma” klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu müdafiə xəttini ispaniyalı İvan Markano ilə gücləndirib.

 

Rusiya “Rubin”i və Portuqaliya “Porto”sundakı çıxışları ilə tanınan futbolçu ilə 3 illik müqavilə imzalanıb. 30 yaşlı arxa xətt oyunçusu 2021-ci ilədək “Roma”da oynayacaq.

 

Qeyd edək ki, Markano Portuqaliya çempionatının son mövsümündə 30 oyun keçirib, 5 qol vurub.