[b]“Roma”nın hücumçusu zədələndi[/b]
09.09.2017 - 11:04
[b]“Roma”nın hücumçusu zədələndi[/b]

Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan “Roma” itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İtaliya klubunun hücumçusu Patrik Şik zədələnib.

 

21 yaşlı futbolçunun müayinəsi əzələsində problem olduğunu üzə çıxarıb. Çexiyalının meydana nə vaxt qayıdacağına isə yaxın günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, Şik ötən ay “Sampdoriya”dan “Roma”ya keçib.