[b]“Roma”nın müdafiəçisi “Çelsi”yə keçir[/b]
30.06.2017 - 18:12
“Roma”nın müdafiəçisi Antonio Rüdiger komandasını dəyişməyə çox yaxındı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Almaniya yığmasının üzvü karyerasını İngiltərədə davam etdirmək imkanı əldə edib.
Belə ki, Rüdigerin xidmətində “Çelsi” maraqlıdı. 24 yaşlı futbolçunun agenti “zadəganlar”la danışıq aparmaq üçün Londona yollanıb. Danışıq prosesində Antonionun qardaşı da iştirak edəcək.
Rüdigerlə İtaliyanın “İnter” klubu da yaxından maraqlanır.
Qeyd edək ki, Rüdiger “Roma”ya 2015-ci ildə “Ştutqart”dan keçib.
0
0