[b]“Sabah”a “hərbi zərbə”, “Binə” səfərdə sevindi[/b]
12.11.2017 - 01:53
[b]“Sabah”a “hərbi zərbə”, “Binə” səfərdə sevindi[/b]

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib. Apasport.az saytınınməlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

“Ağsu” doğma meydanda “Binə” ilə qarşılaşıb. Matç qonaq komandanın inamlı qələbəsi ilə başa çatıb – 0:2.

 

MOİK isə “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı görüşdə qələbəni “həbrçilər” bayram ediblər.

 

Birinci division

VIII tur

 

11 noyabr

“Ağsu” – “Binə” – 0:2
Qollar: Renat Aşurov, 68; 82.

Hakimlər: İnqilab Məmmədov, Habil Əliyev, Ruslan Babayev, Rövşən Rəcəbov, 
AFFA nümayəndəsi: Novil İsmayılov
Hakim-inspektor: Əvəz Şıxıyev
Ağsu. Şəhər stadionu

 

MOİK – “Sabah” – 3:1
Qollar: Orxan Həsənov, 36. İsmayıl İbrahimli, 59. Bilal Abbaszadə, 75 – Bayram Nuruzadə, 37

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Aleksandr Musatkin, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Hakim-inspektor: Munis Abdullayev
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

0