[b]“Şaxtyor”un müdafiəçisindən antirekord[/b]
12.03.2015 - 01:10
[b]“Şaxtyor”un müdafiəçisindən antirekord[/b]

Çempionlar Liqasının antirekordu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin “Bavariya” – “Şaxtyor” oyununda Ukrayna klubunun müdafiəçisi Aleksandr Kuçer görüşün 3-cü dəqiqəsində qırmızı vərəqə alıb.

 

Meydandan qovulan Donetsk təmsilçisinin futbolçusu Çempionlar Liqasının tarixində ən tez meydandan uzaqlaşdırlan oyunçu olub.

 

Qeyd edək ki, daha əvvəlki antirekord “Verder”in fransalı futbolçu Valeren İsmaelə məxsusdu. 39 yaşlı veteran müadafiəçi 2004-cü ildə “İnter”lə matçda qırmızı vərəqə ilə cəzalandırılıb. Həmçinin “Nyukasl”ın uelsli yarımmüdafiəçisi Kreyq Bellami də 2002-ci ildə yenə İtaliya klubu ilə görüşün 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.