[b]“Səbail” daha bir futbolçunu göndərdi[/b]
25.12.2017 - 16:42
“Səbail” qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Yamin Ağakərimzadə ilə vidalaşıb.
Yarımmüdafiəçinin “Səbail”lə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, qış fasiləsində Rahil Məmmədov və Fəhmin Muradbəyli ilə güclənən “Səbail” əvəzində Təyyar Məmmədov, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles, və Amit Quluzadə ilə əməkdaşlığa son qoyub.
0
0