[b]“Səbail”də daha 8 ayrılıq[/b]
25.05.2018 - 20:36
[b]“Səbail”də daha 8 ayrılıq[/b]

“Səbail” heyətində köklü “təmizləmə işləri” aparıb. Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 8 oyunçunu yola salıb.

 

Belə ki, müqavilə müddətləri başa çatan Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov və Nurlan Novruzovla yeni sazişə ehtiyac duyulmayıb. Həmçinin qarşılıqlı razılıq əsasında Raul Yaqubzadə və Kərim Diniyevlə müqaviləyə xitam verilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Yevgeni Koçuk və Faruk Miya ilə sağollaşan “Səbail” baş məşqçi postuna bu gün Aftandil Hacıyevi gətirib.