[b]“Səbail”də Emil Balayev problemi[/b]
24.12.2017 - 10:07
[b]“Səbail”də Emil Balayev problemi[/b]

“Səbail” ciddi itki ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin qapıçısı Emil Balayev zədələnib.

 

“Çərçivə qoruyucusu”nun sol diz bağlarında gərginləşmə yaranıb. Maraqlıdı ki, bu il keçirilən sonuncu görüşdə – ölkə kubokunun “Qəbələ” ilə 1/4 final cavab matçında meydanda olan və sona qədər oynayan Balayevin hansı şəraitdə zədələnməsi müəmmalıdı.

 

Emilin komandanın yanvarın 3-də başlayacaq toplanışına qədər sağalıb-sağalmayacağı qeyri-müəyyəndir.

 

Qeyd edək ki, bu ilin yanvarında icarə əsasında “Qarabağ”dan “Səbail”ə keçən Balayev Premyer Liqanın debütantının əsas “çərçivə qoruyucusu”dur.