[b]“Səbail”dən 3 transfer[/b]
08.06.2017 - 17:20
Premyer Liqanın debütantı “Səbail” transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi heyətinə daha 3 oyunçunu qatıb.
Bunlar Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu və Raul Yaqubzadədi. Bakılılar ilk iki oyunçu ilə 1 illik, sonuncu ilə də 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafəçi Yamin Ağakərimzadə “Səbail”ə "Zirə"dən keçib. 25 yaşlı yarımmüdafiəçi Aqşin Muxtaroğlunun son klubu "Turan Tovuz" olubsa, 23 yaşlı hücumçu Raul Yaqubzadə ötən mövsüm "Zaqatala"da çıxış edib.
0
0