[b]Baş məşqçi: Sən demə, həmin “türkiyəli futbolçu” Elhad Nəziri imiş[/b]
13.10.2014 - 10:11
[b]Baş məşqçi: Sən demə, həmin “türkiyəli futbolçu” Elhad Nəziri imiş[/b]

Təsadüf nəticəsində Azərbaycan yığmasına çağırılmış Elhad Nəziri “Xəzər Lənkəran”ın əvəzedici komandasına da lazım olmayıb. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar”ın ikinci komandasının baş məşqçisi Elbrus Məmmədov futbolçunu geri qaytarıb.

 

Əslində, Nəzirinin cənub təmsilçisinə baxışa gəlməsi də maraqlı olub.

 

Belə ki, menecerlərdən biri Məmmədova zəng edərək, türkiyəli futbolçunun “Xəzər Lənkəran”a baxışa gəlmək istədiyini bildirib. Çalışdırıcı da razılaşıb və futbolçunun gəlməsini gözləyib. Lakin yoxlanışa gələnin Elhad Nəziri olduğunu görüb.

 

“Mən dedilər ki, Türkiyədən gənc futbolçu gəlib. Razılaşdım və futbolçunun Lənkərana göndərilməsini istədim. Amma sən demə, həmin “türkiyəli futbolçu” Elhad Nəziri imiş. Bizimlə cəmi bir məşq keçdi” - deyə, baş məşqçi bildirib.