“Biz “Qarabağ”la oyunda qələbəyə layiq idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasında “Qarabağ”ın rəqibi “Sent-Etyen”in futbolçusu Maks-Alain Qradel deyil.
26 yaşlı hücumçu Fransa Liqa-1-in XV turu çərçivəsində “Lion”la keçirilicək oyunöncəsi mətbuat konfransında qitə miqyaslı klub turnirində doğma publika önündə Ağdam klubu ilə 1:1 hesablı bərabərə qalmalarından danışıb: “Meydanda əlimizdən gələn hər şeyi etdik. Bir neçə epizodda qola çox yaxın olsaq da, bunu bacarmadıq. Evdə heç-heçə etmək bizi qane etmir. Təəssüf ki, azarkeşlərimiz üzüldü. Ölkə çempionatda sıx qrfiklə oyunlar keçirməyə məcburuq. Bizi “Lion”la vacib matç gözləyir. Derbidə də 3 xal üçün meydana çıxacağıq”.
Qeyd edək ki, “Sent-Etyen” – “Lion” oyunu bu gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı