“Dünən bütün komanda üzvləri ilə iclas keçirdik. Elan olundu ki, son 3 ayın maaşı verilməyəcək”. Bunu apasport.az saytına “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.
Yalnız klubun texniki işçilərinin maaş aldığını deyən Əliyevin sözlərinə görə, futbolçular bundan sonra da pulsuz oynamalı olacaqlar: “Burda gizlətməli heç nə yoxdu. Yalan vədlər vermək istəmirik. Mövsümün sonuna qədər də pul verilməsi gözlənilmir. Dedik ki, kim istəyirsə, sənədlərini veririk, gedə bilər. Sağ olsunlar, futbolçuların hamısı söylədi ki, mövsümün sonuna qədər qalıb oynayacağıq. Yalnız Benjamin Lambot “İnter”lə oyundan sonra ayrılacaq. O da ailə vəziyyətinə görə getmək istəyir. Övladı məktəbə gedəcək, onun sənədlərini hazırlamalıdı. Qalan yerli və əcnəbi futbolçuların hamısı mövsümün sonuna qədər komandaya kömək edəcək”.
Qeyd edək ki, hazırda Topaz Premyer Liqasında 5-ci pillədə qərarlaşan “Simurq” bu gün XXXII tur çərçivəsində “İnter”lə qarşılaşacaq.