“Simurq” rəhbərliyi oğlumu müalicə etdirməyə söz verib”. Bunu apasport.az saytına açıqlamasında “Simurq”un 17 yaşadək futbol komandasında oynamış Xəlil Xəlillinin atası
Mübariz Xəlilov deyib.
Ötən il “Xəzər Lənkəran”la oyunda “Simurq”un U-17 komandasının futbolçusu Xəlil Xəlillinin burnu sınıb. Ancaq bu hadisədən uzun müddət keçsə də, onun burnu əməliyyat edilməyib.
Lakin futbolçunun özü və atası saytımıza açıqlama verdikdən sonra Zaqatala klubunun rəhbərliyi səhvlərini düzəldəcəklərinə söz veriblər: “Klub Türkiyədə toplanışda idi, yeni gəliblər. Mənə bildirildi ki, “Neftçi” ilə oyunu gözləyirlər. Bundan sonra oğlumun müalicəsi ilə məşğul olacaqlar. Əgər sözlərini tutmasalar, nə edəcəyimi bilirəm. Məhkəmə və mətbuata müraciət edəcəyəm”.
Qeyd edək ki, Topaz Premyer Liqasının XIX turunun “Neftçi” – “Simurq” matçı fevralın 2-də keçiriləcək.