[b]“Simurq”un futbolçusu Azərbaycandan cəzalı getdi[/b]
18.05.2015 - 11:52
Topaz Premyer Liqasında 2 futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, AZAL-ın futbolçusu Elton Yaqublu və “Simurq”un legioneri İdan Vaytsman mövsümdə 4-cü sarı vərəqələrini XXXIV turda alıb.
Bu da onların növbəti turda oynamaları üçün “qırmızı işıq” olub. Lakin bu cütlükdən yalnız biri - AZAL-ın üzvü cəzasını məhz “Simurq”la oyunda çəkəcək. İsrailli legioner artıq klubdan ayrıldığından Azərbaycanı cəzalı tərk edib.
Qeyd edək ki, Vaytsman “Bakı”, Yaqublu isə “Xəzər Lənkəran”la qarşılaşmada cəzalanıb.
0
0