[b]“Sumqayıt” “Qarabağ”dan iki futbolçu aldı[/b]
09.08.2015 - 13:21
[b]“Sumqayıt” “Qarabağ”dan iki futbolçu aldı[/b]

“Sumqayıt” Futbol Klubu daha 2 futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” “Qarabağ”da çıxış etmiş Tural Rzayev və Fuad Məmmədzadə ilə anlaşıblar.

 

Hər iki futbolçu ilə 1 illik sazişə imza atılıb.

 

Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisinin heyətində Tural 23, Fuad isə 77 nömrəli formanı geyinəcək.