[b]“Sumqayıt”ı gözləyən ikiqat yubiley[/b]
09.04.2018 - 21:43
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Bakıda “Keşlə”nin qonağı olacaq Samir Abasovun yetirmələri ikiqat yubiley qeyd edəcək.
Bu matç sumqayıtlıların ölkə kubokunda ümumilikdə 15-ci, səfərdə 10-cu görüşü olacaq. Aprelin 12-dəki oyunadək keçirilən 14 qarşılaşmada 5 qələbəsi olan komanda 1 heç-heçə edib və 8 dəfə uduzub. Sumqayıtlılar 16 top vurub, 27-ni buraxıb.
Səfərdəki 9 görüşdə 3 qələbə qazanan “Gənclik şəhəri” təmsilçisi 6 dəfə məğlub olub. 8 qol vuran Sumqayıt klubu 18-ni buraxıb.
0
0