“Sumqayıt”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Bəxtiyar Həsənalızadə yeni müqaviləyə qol çəkib.
Anlaşmaya əsasən, 25 yaşlı futbolçu qarşıdakı 1 ili də “gənclik şəhəri” təmsilçisində keçirəcək. Ondan əvvəl isə müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Cavid Tağıyev yeni sözləşməyə qol çəkmişdi.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2017/18 mövsümündə Topaz Premyer Liqasında 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə), 2 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.