Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Rumıniyanın “Voluntari” klubu ilə üz-üzə gəlib.
20 yanvar ümumxalq matəm günü ilə əlaqədar olaraq, qarşılaşma bir dəqiqəlik sükutla başlayıb.
İlk yoxlama matçında Qazaxıstanın “Akjayık” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğradan “kimyaçılar” bu görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyunlarını yanvarın 21-də İran çempionu “Sepehan”a və 22-də Rumıniya yüksək liqa təmsilçisi “Petrolul”a qarşı keçirəcək.
Yoxlama oyunu
“Sumqayıt” - “Voluntari” (Rumıniya) 0:0
“Sumqayıt”: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev (Emin Mehtiyev, 46), Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov (Nicat Muxtarov, 71), Amil Yunanov (Pərdis Fərcad-Azad)
(klub saytı)
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu