Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” “Neftçi”ni qəbul edib. Apasport.az saytının məlumatına görə, 2:0 hesabı ilə qələbə qazanan “kimyaçılar” Premyer Liqada uzun zaman sonra qələbə sevinci yaşa biliblər.
Belə ki, sonuncu dəfə bu ilin fevralın 19-da XIX tur çərçivəsində AZAL üzərində qələbəyə sevinən “gənclik şəhəri”nin təmsilçiləri o vaxtdan bəri 4 tur idi ki, 3 xal üzünə həsrət qalmışdılar.
Aradan keçən 42 gün müddətində ardıcıl olaraq “Zirə” (0:1), “Qəbələ” (0:2), “İnter” (0:1) və “Kəpəz”lə (0:1) qarşılaşmış “kimyaçılar” hətta qol da vura bilməmişdi.
Qeyd edək ki, 24 turdan sonra aktivində 28 xal olan “Sumqayıt” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.