[b]“Sumqayıt”la oyun öncəsi “Qəbələ”də ciddi itki[/b]
05.05.2015 - 22:41
[b]“Sumqayıt”la oyun öncəsi “Qəbələ”də ciddi itki[/b]

Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, Dodo və Ruslan Əmircanovun zədəli olduğu və matçı buraxacağı bilinsə də, bu gün keçirilmiş məşqdə Cavid Hüseynov da iştirak etməyib.

 

Boğazında ağrılar olan yarımmüdafiəçi “gənclik şəhərinin təmsilçiləri” ilə oyunu da buraxmalı olacaq.

 

Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” oyunu mayın 8-i, saat 18:00-da Sumqayıtda, “Kapital Arena” stadionunda keçiriləcək.