“Keşlə” ilə yollarını ayıran Mirsahib Abbasovun yeni komandasının adı böyük ölçüdə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu “Zirə” ilə ortaq məxrəcə gəlib.
Bir müddət əvvəl “Sumqayıt”ın maraq dairəsində olan yarımmüdafiəçi ilə rəhbərlik ilkin razılıq da əldə etmişdi. Onun “gənclik şəhəri” təmsilçisi ilə 1,5 illik müqavilə imzalaması gözlənilirdi. Lakin tərəflər maliyyə məsələsində razılaşmadığından, keçid baş tutmamışdı. Abbasovun “Zirə” ilə danışığı isə uğurla nəticələnib. Artıq hərtərəfli razılıq əldə edilib və böyük ehtimalla futbolçu yaxın günlərdə “Zirə” ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan İbrahim Aslanlını transfer edən “Zirə” Ağdam təmsilçisindən Elşən Abdullayevi icarəyə götürüb.