[b]“Topu “Qarabağ”dan oğurladıq” – Husrev Musemiç[/b]
30.01.2018 - 00:42
[b]“Topu “Qarabağ”dan oğurladıq” – Husrev Musemiç[/b]

“Bu gün çox yaxşı oynadıq. Komandamda hər şey qaydasındadı, özümüzü yaxşı tərəfdən göstərə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sarayevo”nun baş məşqçisi Husrev Musemiç deyib.

 

Antalya hazırlığı çərçivəsində sınaq matçında “Qarabağ”la qarşılaşan Bosniya və Hersoqovina təmsilçisinin baş məşqçisi oyudan sonra klub saytına açıqlama verib: “Belə oyunlardan nəticə o qədər də önəmli deyil, amma bu qələbə bizim gözəl oyuna görə aldığımız mükafat idi. Matça 5 əskiklə çıxmışdıq. 4 oyunçumuz milli komandanın düşərgəsində, biri isə zədəli idi. Bütün bunlara baxmayaraq, hər şeyi düzgün etdik. Futbolçularımdan razıyam və həmişə çalışacam ki, komandam bugünkü kimi olsun. Rəqibə təzyiq edəndə qol imkanları qazanırıq. Bir neçə dəfə topu “Qarabağ”dan oğurladıq. Bu oyunda da 3-4 qol imkanımız oldu. Yaxşı və keyfiyyətli rəqiblərə qarşı çıxış edirik. Komandanın inkişafı üçün bu, çox vacibdi”.

 

Qeyd edək ki, görüş 2:0 hesabı ilə “Sarayevo”nun xeyrinə başa çatıb.

0